Qrossi: İranla razılaşma çox vacibdir

Qrossi: İranla razılaşma çox vacibdir

Bu günlərdə müxtəlif şərhlərdə bu qurumun İran və ABŞ arasında mümkün razılaşmada əsas rolunun əhəmiyyətini vurğulayan Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru bəyan edib ki, danışıqların uğuru və İranla razılığın əldə olunması gərginliyin azaldılması üçün çox vacibdir.

Amerikanın “US News” nəşrinə müsahibəsində Rafael Qrossi iddia edib ki, İranın Birgə Hərtərəfli Fəaliyyət Planında kompensasiya xarakterli addımları və uranın hazırkı səviyyədə zənginləşdirilməsi “narahatlığa səbəb olur və mən bunu iranlı həmkarlarımla birbaşa müzakirə etmişəm”.

O əlavə etdi: “İndi vacib olan və diqqətimizi yönəltdiyimiz şey, baş verənlərlə bağlı lazım olan aydınlığı əldə edə bilməyimizdir. İran və ABŞ arasında davam edən danışıqlara həm texniki, həm də ciddi şəkildə dəstək vermək də çox vacibdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + one =