Qubanın Qrız kəndində modul tipli məktəb istifadəyə verilib

Qubanın Qrız kəndində modul tipli məktəb istifadəyə verilib

Qubanın ucqar dağ kəndi Qrızda modul tipli yeni məktəb binası istifadəyə verilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, artıq bu gündən təhsil ocağında tədrisə başlanılıb. 16 şagirdin təhsil aldığı məktəbdə 8 müəllim çalışır.
Qeyd edək ki, kəndin köhnə məktəb binası qəzalı vəziyyətə düşdüyündən tədris üçün yararsız idi.

apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − five =