Qüds briqadaları İsraili öz tələlərində boğur

Qəzzada müqavimət qrupları İsrail ordusunun quru və hava ünsürlərinə qarşı təsirli əməliyyatlarını davam etdirir; Qüds Briqadaları İsrailin mühəndis birliyini minaatan atəşi ilə vurduqlarını açıqladı.
İslami Cihad Hərəkatının hərbi qanadı olan Əl-Qüds Briqadaları Qəzza şəhərinin şimalında yerləşdirilən İsrail mühəndislik birliyini hədəf aldığını və Xan Yunus səmasında kəşfiyyat əməliyyatları aparan İsrail kəşfiyyat pilotsuz uçuş aparatını (PUA) ələ keçirdiyini açıqlayıb.
Qüds Briqadaları tərəfindən edilən açıqlamada İsrail qüvvələrinin Qəzzanın Tuffah məhəlləsinin şərqinə doğru irəliləyərkən birbaşa 60 millimetrlik minaatan mərmiləri ilə hədəfə alındığı bildirilib.
Açıqlamada, həmçinin cənubdakı Xan Yunus bölgəsində kəşfiyyat uçuşları həyata keçirən İsrail istehsalı olan “Matrice 350 RTK” tipli kəşfiyyat PUA-nın da ələ keçirildiyi bildirilib.
İsrail ordusuna qarşı daha bir diqqətçəkən hücum HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadaları tərəfindən edilib.
Qəssam Briqadaları bazar ertəsi yaydığı bəyanatda bildirib ki, İsrail mühəndislik birliyi daha əvvəl sıxılmış tunel girişinə cəlb edildikdən sonra hədəfə alınıb.
İsrail əsgərlərinin əraziyə çatmasından sonra hər iki tunelin eyni vaxtda partladıldığı və bu hücum nəticəsində İsrail sıralarında ölən və yaralananların olduğu bildirilib.
İsrailin aparıcı qəzetlərindən biri olan “Maariv” bugünkü sayında yazıb ki, HƏMAS-ın tamamilə ləğvi hökumətin gündəmində deyil.
Hesabatda “Bu məqsəd qeyri-realdır” və HƏMAS-ın hələ də briqada və batalyon səviyyəsində təşkil edilmiş əhəmiyyətli silahlı qüvvəyə malik olduğu vurğulanıb.
Qəzet qeyd edib ki, HƏMAS partizan müharibəsi taktikalarından istifadə edir və bu da İsrail ordusunun işini xeyli çətinləşdirir.
Digər bir İsrail qəzeti Haaretz isə İsrail ordusunun Cənub Komandanlığının HƏMAS-ın Rəfah bölgəsində yenidən təşkilatlandığını etiraf etdiyini yazıb.