Qüds Günü ərəfəsində yeni Fələstin müqavimət pilotsuz təyyarəsi nümayiş olunub

Qüds Günü ərəfəsində yeni Fələstin müqavimət pilotsuz təyyarəsi nümayiş olunub

Fələstin İslami Cihad hərəkatının hərbi qanadının sözçüsü Ümumdünya Qüds Günü ərəfəsində “Cənin” adlı yeni müqavimət pilotsuz təyyarəsini təqdim edib.

Fələstin İslami Cihad hərəkatının hərbi qanadı olan Sərayəl-Qüdsün sözçüsü Əbu Həmzə bu gün (28 aprel cümə axşamı) Ümumdünya Qüds Günü münasibətilə deyib: “Ümumdünya Qüds Gününü qeyd etmək ərəfəsindəyik. İmam Xomeyni həmin günü Qüdsün azad edilməsinin başlanğıcı adlandırıb.”

Əl-Məyadin saytının məlumatına görə, o, əlavə edib: “Bu il Qüds gününün ən mühüm xüsusiyyəti düşmən və istismar düşərgəsinin bilinməsidir.”

Əbu Həmzə məsələyə aydınlıq gətirib: “Qüds oxu müdafiə və hücum imkanlarına malikdir və bunun acısını düşmənə dadızdıracaq. Məscidül-Əqsaya edilən hər hansı bir təhqir düşmənlə müharibənin başlanğıcı deməkdir.

O, bəzi ərəb ölkələrinin sionist rejimlə normallaşmasına toxunaraq deyib: “Buna baxmayaraq, güc Fələstin yolundan dönməyən əhali və xalqlardadır.”

Sərayəl-Qüdsün sözçüsü daha sonra Fələstini dəstəkləməkdən əsla geri çəkilməyən Yəmən xalqını salamlayıb. Müqavimət qüvvələri danılmaz bir mesaj verir və bu, düşmənin məhv edilməsi üçün müqavimətin alovlu cəbhəsinin olmasıdır.

Əbu Həmzə əlavə edib: “Bu gün biz hava qüvvələrində olan Cənin dronu nümayiş etdiririk və döyüşçülərimiz hələ də mühasirəyə alınmış Qəzza zolağı daxilində onu təkmilləşdirməklə məşğuldur. Bütün Fələstində vəd edilmiş qurtuluş əldə olunan qədər öz sözümüzə sadiq qalacağıq.

Sərayəl-Qüds sözçüsü sionist hərbi maşına qarşı Cənin pilotsuz təyyarəsi tərəfindən həyata keçirilən əməliyyatın görüntüləri də nümayiş etdirib. Əməliyyat 2019-cu il sentyabrın 7-də keçirilib.

Bundan əvvəl bildirilmişdi ki, bu axşam İslami Cihadın hərbi qanadının sözçüsü Qüds günü münasibəti ilə çıxış edəcək və mühüm mövzunu açıqlayacaq.

Bu gün səhər saatlarında Fələstin İslami Cihad hərəkatının hərbi qanadı Ümumdünya Qüds Günü ərəfəsində video yayımlayıb. Bu videoda sionist düşmənlə üz-üzə gəlməyə hazırlaşan və təchiz olunmuş Sərayəl-Qüds döyüşçüləri göstərilir.

Fələstin İslami Cihad Hərəkatının baş katibi Əmin Ən-Nəxalə Ümumdünya Qüds Günü münasibətilə keçirilən siyasi toplantıda deyib: “Fələstin xalqının müqaviməti və Livan müqavimətinin hazır olması və İranın inqilabi çıxışı bizə qalib gələcəyimizə əminlik verdi; İran İslam Respublikası haqqı, Fələstini və Qüdsü dəstəkləmək baxımından beynəlxalq cərəyanın əks istiqamətində hərəkət edir. ”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 − one =