Qüds kilsəsinin baş yepiskopu Yəmən ilə bağlı çağırış etdi

Qüds kilsəsinin baş yepiskopu Yəmən ilə bağlı çağırış etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Qüdsdəki pravoslav Kilsəsinin arxiyepiskopu Yəmənə qarşı müharibənin dayandırılmasının vacibliyini vurğulayıb.

Əl-Əhd-in məlumatına görə, Ətaullah Hana cümə günü deyib: “Biz Yəməndə günahsız insanların hədəfə alınmasına qarşıyıq və bu müharibəni dayandırmağın vaxtıdır”.

Bu din xadiminin Qüdsdə Yəmən xalqını müdafiə etməsi Livan xarici işlər nazirinin Səudiyyə koalisiyasının təcavüzünə qarşı açıqlamalarının bu günlərdə regional mediada manşetlərə çevrildiyi və koalisiya üzvlərinin qəzəbinə səbəb olduğu bir vaxta təsadüf edir.

Qeyd edək ki, Livanın baş naziri Nəcib Mikatinin hökumətində bu yaxınlarda informasiya naziri seçilən tanınmış livanlı media fəalı və jurnalisti Corc Qərdahi məşhur “Xalq Parlamenti” televiziya şousunda açıq şəkildə Yəmənə qarşı bu təcavüzə son qoymağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × three =