“Qüds” qüvvələri komandiri: Sümüklərinizi sındıracağıq!

“Qüds” qüvvələri komandiri: Sümüklərinizi sındıracağıq!

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandiri Sərdar İsmayıl Qaani cümə günü səhər “Xeyber” və “Bədr” əməliyyatları şəhidlərinin xatirəsinə həsr olunmuş konfransda çıxış edib.

General Qaani çıxışında belə deyib: “Düşmənlərin İslam İnqilabı üçün yaratdığı problemlərə baxmayaraq yol bitməmiş və bu nizam hər gün öz inkişafındadır. Lakin dünyaya səs-küy salan Amerika və İsrail daha əvvəlki Amerika və İsrail deyildirlər. “

O, həmçinin qeyd edib: “Bu gün İsrail öz ətrafı boyunca 6 metrlik divarlar çəkməkdədir. Təbii ki bu divarlar viran olunacaqdır”

“Qüds” qüvvələri komandiri, ABŞ-ın bölgədə mövcud olan bir cinayətkar olduğunu qeyd edərək, belə əlavə edib: “Mən onlara sümüklərini sındıracağımızı söyləyirəm və zamanı gəldikdə səsi də eşidiləcəkdir. Bura İmam Zaman(ə.f) ölkəsidir, millətimiz bütün bu problemlərə baxmayaraq möhkəm dayanmışdır. Ümid edirik ki, bu hökumət siz əzizlərin mübarək əli ilə əsl sahibinə yetişəcəkdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × two =