Qüds və İordan çayının qərb sahilində tətillər başlayıb: Cənində Müqavimət əməliyyatları-Foto

Qüds və İordan çayının qərb sahilində tətillər başlayıb: Cənində Müqavimət əməliyyatları-Foto

Müqavimət qruplarının Fələstin xalqından tələbi ilə bu gün səhər saatlarından etibarən İordan çayının qərb sahilində sionist hərbçilərin 6 fələstinlini şəhid etməsinə etiraz olaraq ümummilli tətil başlayıb.

Mehr xəbər agentliyinin Rusiya Əl-Yəvm-ə istinadla verdiyi məlumata görə, çərşənbə axşamı Ərinəl-Əsvəd müqavimət qrupu sərt bəyanat yayaraq, Fələstin xalqını çərşənbə günü Qüds və İordan çayının qərb sahilində tətil etməyə çağırıb.

Bu bəyanatda deyilir: Çərşənbə günü xalqın qəzəb günü elan etdik və şəhidlərin qanının heç vaxt hədər getməyəcəyini və sizə (Fələstin xalqına) verdiyimiz vədlərin mütləq yerinə yetəcəyini vurğulayırıq.

Qeyd edək ki, ötən gün sionist rejimin İordan çayının qərb sahili və Qüdsün müxtəlif bölgələrinə vəhşicəsinə hücumu zamanı 6 fələstinli şəhid olub.

Digər tərəfdən, Cəbə qəsəbəsindəki (İordan çayının qərb sahilinin şimalındakı Cənin şəhəri) Qüds batalyonları bu şəhərə hücumları zamanı bu gün səhər saatlarında öz qüvvələrinin sionist qüvvələrlə toqquşması barədə məlumat veriblər.

Müqavimət döyüşçüləri bu gün səhər saatlarında işğal olunmuş Qüdsdə sionist rejim ordusunun nəzarət-buraxılış məntəqəsini hədəfə alıblar.

Məlumata görə, fələstinli müqavimət döyüşçüləri əldəqayırma qumbara ilə Qüdsün şimalındakı Qəl.ndiyyə keçid məntəqəsinə hücum edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + one =