Qüdsdə məscid dağıdıldı

Qüdsdə məscid dağıdıldı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, sionist işğalçılar 6 iyul çərşənbə axşamı Şəfat düşərgəsi ilə Qüds şəhərinin şimal-şərqindəki Anata qəsəbəsi arasında yerləşən Əl-Salam məhəlləsində inşa olunan bir məktəbə hücum edərək dağıdıblar.

“Fələstin Əl-Youm”  xəbər agentliyinin verdiyi məlumata görə, şahidlər məktəbin Şəfat düşərgəsinin sakini Saleh Əlqəmə məxsus olduğunu, uzun müddət Sionist bələdiyyəsindən məktəb tikintisi üçün icazə istəməsini, lakin hər dəfə icazə verməkdə boyun qaçırıldığını söyləyirlər. Nəticədə bu məktəb İsrail buldozerləri tərəfindən dağıdıldı.

Bəzi media mənbələri bu məktəbin dağıdılmasının Fələstinli vətəndaşlarla işğalçı qüvvələr arasında şiddətli toqquşmalara yol açdığını və bu toqquşmada yaralananların sayı barədə hələ bir məlumat verilmədiyini söyləyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =