Qüdsdə Netanyahu hökuməti əleyhinə aksiyalar keçirilib, saxlanılanlar var (VİDEO)

Qüdsdə Netanyahu hökuməti əleyhinə aksiyalar keçirilib, saxlanılanlar var (VİDEO)

Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahunun iqamətgahı qarşısında böyük etiraz aksiyası keçirilib. Toqquşma baş verib.

SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, ötən axşam Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahunun iqamətgahı qarşısında böyük etiraz aksiya zamanı polislə toqquşma yaşanıb.

Etirazçılar rüşfətxorluq və korrupsiya ilə bağlı Netanyahunun istefasını və məsuliyyətə cəlb edilməsini tələb ediblər.

Aksiyaçılar həmçinin hökumətin Covid-19 pandemiyası ilə bağlı siyasətini tənqid edərək, məhdudiyyətlərin azaldılmasını tələb ediblər.

Qeyd edək ki, bu askiyalar İsraildə hökumətin koronavirus pandemiyası ilə bağlı sərt karantin qaydalarını yenidən tətbiq etməsi dövründə baş verir.

https://youtube.com/watch?v=nuqU-C3Y3n4

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − seven =