Quranı təhqir edən Danimarkalı həbs edildi

Quranı təhqir edən Danimarkalı həbs edildi

Fransa polisi Danimarkanın “Stram Kurs” partiyasının islamofob və radikal irqçi rəhbəri Rasmus Pauldanı ictimai nifrət yaratmaq məqsədi ilə Paris şəhərində Quranı yandırmağa cəhd etdiyi üçün həbs edib.

Danimarkanın “Stram Kurs” partiyasının rəhbəri Rasmus Pauldan cəmiyyətdə islamofob, irqçi, müsəlman düşməni və radikal bir şəxs kimi tanınır.

O, Parisin “Şarl De Qoll” meydanındakı “Zəfər sütünu” (Arc de Triomphe) adlanan yerdə anti-İslam yürüşü etmək və Qurani-Kərimi yandırmaq, sonra isə bunun videosunu sosial şəbəkələrdə paylaşmaq hədəfi ilə Fransaya girən kimi polis tərəfindən həbs edilib.

Cinayətkar hazırda Fransa polisinin miqrasiya şöbəsində saxlanılır və ölkəsinə geri qaytarılacaq.

Belçikanın paytaxtı Brükselin Molibinbik qəsəbəsinin rəsmiləri də elan ediblər ki, Rasmus Pauldanın Belçikaya girişinə və bu ölkədə mənfur əməllərini icra etməyə icazə verilməyəcək.  

Qeyd edək ki, Rasmus Pauldan irqçidir və Danimarkada yaşayan xaricilərin ölkəsindən qovulmasını tələb edir. O, islamofob davranışları ilə məşhurdur. Cari ilin Oktyabr ayının sonlarında Berlində də müxtəlif mədəniyyətlər və müsəlmanların yaşadığı rayonda anti-İslam yürüş təşkil etmək istəmişdi. Amma Almaniya polisi onun ölkəyə girişini əngəlləmişdi. Bundan daha öncə isə, İyul-Avqust aylarında, Rasmus Pauldan İsveçin cənub şəhərlərindən birində məscidin qarşısında Quran yandırmağa cəhd etmişdi. Bu cəhdin qarşısını da polis almışdı.

Iqna.ir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + fifteen =