Quranı yandıran iraqlının qətlinə görə saxlanılanlar buraxıldı

Quranı yandıran iraqlının qətlinə görə saxlanılanlar buraxıldı

İsveçdə Quranın yandırılması aksiyalarının təşkilatçısı Salvan Momikanın qətlinə cavabdeh olan prokuror istintaq çərçivəsində saxlanılan 5 şübhəlinin azadlığa buraxılmasına qərar verib.

Musavat.com xəbər verir ki, bu barədə İsveç prokurorluğu məlumat yayıb.

“Cinayətin törədildiyinə dair şübhələr zəifləyib və mən artıq insanları həbsdə saxlamaq üçün heç bir əsas görmürəm”, – deyə ibtidai istintaqı aparan baş prokuror Rasmus Ohman izah edib.

Xatırladaq ki, İsveçdə Qurani-Kərimi təhqir edən iraqlı mühacir yanvarın 29-u axşam “TikTok”da canlı yayım edərkən yaşadığı binada öldürülüb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =