Qurban bayramı günlərində Əfqanıstanda nisbi sakitlik hökm sürüb
Qurban bayramının tətil günlərində Əfqanıstanda nisbi sakitlik hökm sürüb və ümumən ölkədə atəşkəsə riayət edilib.
Hökumət mənbələri, eləcə də Taliban mənbələri son iki gündə ölkədə atəşkəsin bərpa edilməsi və nisbi sakitliyin hökm sürməsini təsdiqləyiblər.
Qeyd edək ki, Taliban hərəkatı son üç ayda ölkədə 150 rayon mərkəzini nəzarətə götürə bilib.
Qeyri-rəsmi məlumata görə, ölkə ərazisinin üçdə iki hissəsi hökumətin nəzarətində deyil.
Salamnews