Quterreş: Ukraynalı qaçqınların müdafiə hüququ var
Ukraynalı qaçqınlar bütün digər qaçqınlarla eyni hüquqlara, o cümlədən müdafiə hüququna malikdirlər.
Bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.
G77 + Çin sammitinin keçirildiyi Uqandanın paytaxtı Kampalada Quterreş jurnalistlərə bildirib: “Bütün qaçqınlara bərabər münasibət göstərilməlidir. Və bütün ölkələr qaçqınlarla bağlı qanun çərçivəsində öz öhdəliklərini yerinə yetirməlidir”.
“Ukraynalı qaçqınların, əlbəttə ki, müdafiə hüququ var. Bütün qaçqınlar bərabərdir və bütün qaçqınlar bərabər hüquqlara malikdir”, – deyə BMT-nin baş katibi vurğulayıb.