Quttereş “İsrail əsirlərini azad edin” deyə fələstinlilərə müraciət edib
BMT baş katibi sionist rejimin hava hücumlarına məruz qalan Fələstin xalqının çəkdiyi əzabları dərk etdiyini, amma müqavimət dəstələrindən qəbuledilməz bir işlər görmək istədiyini deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Antonio Quttereş bu gün səhər Fələstin xalqının zülmə məruz qaldığını etiraf edib.
Sionist rejimdən fələstinli məhbusların azadlığı barədə heç bir tələbi olmayan Quttereş “İsrail əsirlərini azad edin” deyə fələstinlilərə müraciət edib.
O, deyib: İsrailin hava hücumlarında yüzlərlə insan həlak olub və yaralanıb. Mülki şəxslərin beynəlxalq qanunlar çərçivəsində dəstəyə ehtiyacı var.
BMT baş katibi həmçinin Qəzzə zolağının tamamilə mühasirə edilməsi, qida, yanacaq və su ilə təmin olunmasını da qeyd edib.
Baş katibin bu paradoksal çıxışında dəstəyinin kimin xeyrinə olduğu məlum deyil.