Qvatemalada leysan 15 nəfərin ölümünə səbəb olub
Qvatemala leysan nəticəsində yaranan sel və torpaq sürüşmələri azı 15 nəfərin ölümünə səbəb olub.
APA “Figaro”ya istinadla xəbər verir ki, bu barədə Təbii Fəlakətlərlə Mübarizə üzrə Koordinatorluq məlumat verib.
Təbii fəlakətdən 500 minədək insan əziyyət çəkib. Həlak olanlar arasında 1 qadın və 6 uşaq da var.
Topraq sürüşməsi nəticəsində minədək ev, 80 yol və 7 körpü dağılıb.
Apa.az