Rəhbərin dərslərindən: Düşmən Ərbəinin əzəmətini seyr etməyə məcbur olur

Rəhbərin dərslərindən: Düşmən Ərbəinin əzəmətini seyr etməyə məcbur olur

Həzrət ayətullah Xamenei Ərbəin haqqında buyurur: Böyük bir iş görüldü. Gündən-günə daha da yaxşılaşır, möhkəmlənir və sabitləşir, hər il əvvəlki ilə nisbətən daha da yaxşı keçir. Qərblilər də Ərbəin mərasimini müşahidə etməyə məcburdurlar və onu təhlil edə bilmirlər.

Ərbəin dünyanın hər yerindən, hər dindən və irqdən olan azad insanların azadlığın rəhbəri və tarixin məzlum şəhidi Seyidiş-Şühəda Hüseyn ibn Əli (ə) ilə beyətinin təzələnməsi mərasimidir.

Bu gün Hüseynin qırmızı cəbhəsində, yoxsa düşmənin rəngli süfrəsində olduğumuza qərar vermək vaxtıdır.

Bu baxımdan bu mühüm dini və ictimai mərasim haqqında Ayətullah Xameneinin sözlərini nəzərinizə çatdırırıq.

Böyük və heyrətamiz bir mərasim

Ərbəin hadisəsi təsvirolunmaz bir hadisədir, tamamilə unikaldır. Bu nəhəng və heyrətamiz bir mərasimdir. Bu qeyri-adi hərəkatin dünyada başqa heç bir analoqu yoxdur.

Qərblilər bu hərəkatı nə demək olduğunu, necə baş verdiyini başa düşə bilmir.

Ona görə də görürsən ki, onların təbliğat maşınları bir neçə il susur. Halbuki, onlar dünyanın heç bir yerində ən kiçik hərəkatı belə gözdən qaçırmır və onu əks etdirirlər. Amma bir neçə ildir ki, bu nəhəng xalq hərəkatının adını çəkmir, ondan danışmır, bu haqda bir şəkil belə dərc etmirlər.

Bir az müzakirə etsələr də düşməncəsinə təhlillər apardılar, yalançı təhlillər apardılar ki, bu da dindarların fikrincə axmaq təhlildir.

Əgər bacarırlarsa, belə bir mərasimi də onlar düzənləsinlər.

Bu il İngilis radiosu və onun kimilər düşməncəsinə təhlillər etdi. Bu, onu göstərir ki, bu feyz mənbəyinin coşğunluğu onları o qədər çaş-baş salıb ki, onu təhlil edə bilmirlər.

Bəzən deyirdilər ki, bu mərasim hökumətin təsiri ilə başlayıb! Hansı hökumət 10 milyon, 15 milyon müxtəlif təbəqələrdən olan insanı – kişi, qadın, qoca, gənci – bir şəhərdən digər şəhərə ən azı 80 kilometr yolu piyada getməyə sürükləyə bilər?

Bunu hansı hökumət edə bilər? İndi (qeyri-mümkün bir fərz olsa da) fərz etsək ki, İran İslam Respublikası hökuməti və İraq hökuməti bunu bacarıb, onda bu, hökumətin möcüzəsidir.

Yaxşı, bacarırsınızsa, siz də belə bir mərasimi təşkil edin! Eşqdən, imandan və şəhidlərin qanından başqa, heç bir şey bu hərəkatı həyata keçirə bilməz.

Beləcə düşmən Ərbəinin əzəmətinə tamaşa etməyə məcbur olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =