Rəisi: “22 Bəhmən” İranda zülm və əsarətin sona çatdığı gündür

Rəisi: “22 Bəhmən” İranda zülm və əsarətin sona çatdığı gündür

İslam Respublikasının istiqlal, azadlığının başlanğıcı günü adlandırıb.

İRNA-nın məlumatına görə, İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi Tehranın Azadlıq meydanında İslam İnqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə təbrik edərək deyib: “ 22 Bəhmən əsrin möcüzəsi günü, zülmün və əsarətin sonu olaraq İslam Respublikasının müstəqillik və azadlığının başlanğıcıdır.

“22 Bəhmən”in əzəmətli İran xalqının öz amalına çatdığı gün olduğunu deyən Rəisi sözünə davam edərək bildirib ki, “22 Bəhmən” xalqın milli birliyi, sarsılmazlığı, və qəhrəmanlığının təzahürüdür.

İran İslam Respublikası prezidenti əlavə edib: “ Bu gün yüzlərlə şəhər və minlərlə kənddə insanlar meydanlara axışıblar. Bu gün İran xalqı İslam İnqilabının Ali Məqamlı Rəhbəri İmam Xomeyni (r.ə), şəhidlər və İslam İnqilabının uca amalları ilə əhd-peyman bağlayıb və bu əhd xalqın rəyindən daha da ucadır.

Rəisi bildirib ki, düşmənlər ötən bir ildə bir çox məkirli planlarını həyata keçirməyə nail olublar, lakin başı uca İran xalqı düşməni tanıyır və özünü səhnədə yaxşı görsədərək İslam İnqilabı tarixində düşməni bir daha məğlub etdi.

Səhərtv.az

İran İslam Respublikası prezidenti “22 Bəhmən” gününü zülm və əsarətin sonu, və

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 6 =