Rəisi: Araz keçidinin tikintisini sürətləndirmək lazımdır

İran İslam Respublikasının prezidenti İrandan keçməklə Naxçıvanla bağlantı yaradacaq keçidin tikintisinin sürətləndirilməsinə təkid edib.
Seyid İbrahim Rəisi hökumətin iclasında İran-Azərbaycan sərhədindəki layihənin tikintisinin sürətləndirilməsininin vacibliyinə toxunaraq deyib: vurğulayıb: “Bu layihənin işə düşməsi iki ölkə, eləcə də region ölkələri arasında mübadilə, iqtisadi və ticarət əlaqələrinin səviyyəsini artıracaq”.
Qeyd edək ki, oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb. Sonra avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.