Rəisi: Azərbaycanla münasibətlər qırılmaz bağlara əsaslanır

Rəisi: Azərbaycanla münasibətlər qırılmaz bağlara əsaslanır

İran İslam Respublikasının Prezidenti Ayətullah Rəisi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasındakı telefon danışığında İran Prezidenti Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş hadisə ilə bağlı İran hökuməti və xalqı adından başsağlığı mesajı verib.

İran və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin qırılmaz mədəni və tarixi bağlar üzərində qurulduğunu deyən Prezident bildirib ki, İran və Azərbaycan münasibətlərinin iki xalqın bədxahlarının təlqinləri təsirinə düşməsinə imkan verməyəcəklər.

Azərbaycan Respublikasının Prezidenti də bunun gözlənilməz cinayət olduğunu açıqlayaraq deyib: İki ölkənin bu sahədə əməkdaşlığı elə olmalıdır ki, heç kim bu cür hadisələri bəhanə edərək iki ölkənin dostluq münasibətlərini pozmağa fürsət tapmasın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − eight =