Rəisi ilə Qətər əmiri arasında telefon danışığı olub

Rəisi ilə Qətər əmiri arasında telefon danışığı olub

İrana Prezidenti Qətər əmirinin telefon zənginə və Qurban bayramı təbriklərinə cavab olaraq deyib: İran və Qətər bir-biri ilə ikitərəfli, regional və beynəlxalq əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanlara malikdir.

Ayətullah Seyid İbrahim Rəisi Qətər əmiri Şeyx Təmim bin Həməd Ali-Saninin onu və ölkəsinin xalqını Qurban bayramı münasibətilə təbrik etməsinə cavab olaraq bildirib:

Yaxın düşüncələrinə görə İran və Qətər bir-biri ilə ikitərəfli, regional və beynəlxalq əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanlara malikdir.

İran İslam Respublikası ilə müştərək plan və razılaşmaların təşviqində göstərdikləri səylərə görə Qətər əmiri və Baş nazirinə təşəkkür edən Rəisi əlavə edib:

İran İslam Respublikası Qətərlə əlaqələrin səviyyəsinin yüksəldilməsi və əməkdaşlığın genişləndirilməsinə həmişə təkid edir və ikitərəfli qarşılıqlı əlaqələrin inkişafını regional və beynəlxalq əməkdaşlığı gücləndirmək vasitəsi hesab edir.

Qətər Əmiri Şeyx Təmim Bin Həməd Ali-Sani Qurban bayramının gəlişi münasibətilə dövlət başçısına və ölkə xalqına ən səmimi təbriklərini çatdırıb, ölkəsinin İranla iqtisadi əməkdaşlığı daha da genişləndirməyə və sərmayə qoymağa hazır olduğunu bildirib.

Qətər Əmiri əlavə edib: Münasibətlərin inkişafı istiqamətində aparılan yaxşı müzakirələri və məsləhətləşmələri nəzərə alaraq, biz yaxın vaxtlarda iqtisadi əməkdaşlıq üzrə birgə komissiya keçirməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 15 =