Rəisi: İran Avropa ölkələrinin hərəkətlərinə cavab olaraq uranı 60 %-ə qədər zənginləşdirir

Rəisi: İran Avropa ölkələrinin hərəkətlərinə cavab olaraq uranı 60 %-ə qədər zənginləşdirir

İran tərəfi bəzi Avropa ölkələrinin Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) çərçivəsində öhdəliklərinin pozulmasına cavab olaraq uranı 60 % və ya daha çox zənginləşdirir.

“Report” xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisi CNN-ə müsahibəsində deyib.

“Biz bu addımları üç Avropa ölkəsi tərəfindən öhdəliklərin pozulmasına cavab olaraq atdıq. Əvvəlcə biz öhdəliklərimizə əsaslanaraq 60 %-ə qədər zənginləşdirməyə can atmırdıq”, – dövlət başçısı bildirib.

Rəisinin sözlərinə görə, Tehran bu hərəkətlərin nüvə silahı əldə etmək məqsədi daşımadığını, avropalıların öz öhdəliklərinə “sədaqətsizliyinə” cavab olduğunu rəsmən bəyan edib.

“Əgər onlar […] öhdəliklərinə qayıtsalar, əmin olun ki, İslam Respublikası keçmişdə olduğu kimi, öz öhdəliklərinə sadiq qalacaq”, – o vurğulayıb.

Xatırladaq ki, İran AEBA-nın 8 müfəttişinin akkreditasiyasını ləğv edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 12 =