Rəisi: İran heç bir halda ABŞ-ın qarşısından geri çəkilməyəcək

İran heç bir halda ABŞ-ın qarşısından geri çəkilməyəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Özbəkistanda səfərdə olan İran Prezidenti İbrahim Rəisi Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə deyib.
İbrahim Rəisi Amerika və Avropanın sanksiyaların ləğvi ilə bağlı götürdükləri öhdəliklərini yerinə yetirməmələrini pisləyib.
Apa.az