Rəisi: Qəzzalı uşaqların qanı İsrailin həyatına son qoyacaq

Rəisi: Qəzzalı uşaqların qanı İsrailin həyatına son qoyacaq

  Sionist rejimi xərçəng şişi adlandıran İran prezidenti dünyada sülhün bərqərarı üçün bu rejimin kökünün kəsilməsi lazım olduğunu vurğulayaraq deyib: Qəzzə uşaqlarının qanı sionist rejimi boğub öldürəcək.

Əl Aləm telekanalının məlumatına əsasən, Seyid İbrahim Rəisi dünən axşam (14 may) İmam Rzanın (ə) Ümumdünya Qurultayının bağlanış mərasimində deyib: Bu gün dünya Fələstin soyqırımı və uşaq qətliamının şahididir və bu isə beynəlxalq təşkilatların Qəzza xalqını dəstəkləmək üçün hüquqi sistem tətbiq etməkdə səmərəsizliyindən irəli gəlir. Amma nəhayət ki, onlar dünyanı idarə edən sistemin ədalətli olmadığını anladı. Əslində bu, ədalətli qlobal sistemə çevrilməlidir.

İran prezidenti sonra qeyd edib: Müşahidə etdiyiniz bu fenomen ədalətli bir nizamın formalaşmasının zəruri olduğunu sübut edir. Çünki mövcud sistem ədalətsizdir və sionist rejim Qəzzə körpələrinin qanından yaranmış gölməçədə boğulub məhv ola bilər.

Ayətullah Rəisi əlavə edib: Firon zamanında uşaqların öldürülməsi fironlardan intiqam almaq və onların hakimiyyətinin sonu idi. Qəzzə övladlarının yerə tökdüyü qanın sionist hökuməti bitirəcəyinə heç bir şübhəmiz yoxdur. Dünyanın nizamı bu qanlarla dəyişəcək, başqaları bunu uzaq və gec hesab etsə də, biz bunun tez bir zamanda olacağına əminik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =