Rəisi: Rusiya ilə münasibətlərin genişləndirilməsinə heç bir məhdudiyyətimiz yoxdur / Putin: İki ölkənin geniş gündəmi var

Rəisi: Rusiya ilə münasibətlərin genişləndirilməsinə heç bir məhdudiyyətimiz yoxdur / Putin: İki ölkənin geniş gündəmi var

Ayətullah Rəisinin Vladimir Putinlə görüşündə İran-Rusiya əlaqələrinin genişləndirilməsinə məhdudiyyətlərin olmamasının vurğulayıb. Həmçinin, Tehran və Moskvanın qarşıda geniş gündəmi olacağı əsas müzakirə mövzulardan olub.

İran İslam Respublikasının Prezidenti Ayətullah Seyid İbrahim Rəisi çərşənbə günü Rusiya Prezidenti Vladimir Putinlə görüşündə İran və Rusiya kimi iki qüdrətin region və dünyada təsirli roluna toxunaraq bildirib:

“Bizim Rusiya ilə münasibətlərin inkişafı ilə bağlı heç bir məhdudiyyətimiz yoxdur və Tehran-Moskva münasibətləri strateji münasibətlər səviyyəsindədir və daha da inkişaf etdiriləcək.”

Ayətullah Rəisi iki ölkənin regional və beynəlxalq məsələlərdə ortaq anlaşmasını birgə əməkdaşlığın əsası adlandırıb və deyib: “İran-Rusiya münasibətləri strateji münasibətlər istiqamətindədir. Suriyada terrorçuluğa qarşı uğurlu əməkdaşlıq təcrübəsindən Qafqaz və Əfqanıstanda da istifadə etmək olar.”

Rəisi qonşu və müttəfiq ölkələrlə maksimum qarşılıqlı əlaqəni İran İslam Respublikasının xarici siyasət prioritetlərindən biri kimi xarakterizə edib: “İran və Rusiya arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi iki ölkənin iqtisadiyyatını yüksəldəcək, regionda və dünyada təhlükəsizliyi artıracaq.”

İranın müstəqil hökumətlərlə əməkdaşlığının beynəlxalq hadisələrdən asılı olmayaraq genişləndiyini vurğulayan Prezident terrorizm və mütəşəkkil narkotik ticarəti ilə mübarizənin birgə əməkdaşlığın əsas prinsiplərindən olduğunu deyib. Qafqazda sərhədlərin toxunulmazlığını, regionun milli və geosiyasi suverenliyini vurğulayan Prezident regionun iqtisadi inkişafı üçün əməkdaşlığın zəruriliyinə də işarə edib:

 “NATO-nun Qafqaz və Mərkəzi Asiyada istənilən pərdə altında təsiri müstəqil dövlətlərin ümumi maraqlarını təhdid edir.”

Rusiya Prezidenti Vladimir Putin də görüşdə deyib: “İnqilabın Ali Rəhbərinə öz adımdan salamlarımı və cansağlığı dilədiyimi çatdırın.” O, sözünü belə davam etdirib: “Sizin andiçmə mərasiminiz olandan biz daim əlaqə saxlayırıq, lakin istənilən halda videokonfrans və ya telefon danışıqları üzbəüz görüşü əvəz edə bilməz. Sizi görməyə çox şadam. Qarşıda geniş gündəmimizin olduğunu deyə bilərik.”

Rusiya Prezidenti vurğulayıb ki, İran və Rusiyanın dəstəyi Suriyada terror təhlükəsinin aradan qaldırılmasına kömək edib. Əfqanıstandakı vəziyyət hər iki tərəf üçün xüsusi maraq kəsb edir və mən bu mühüm məsələləri müzakirə etmək və fikirlərinizi öyrənmək istərdim.

Məlumata görə, görüş zamanı tərəflər dünyanın əsas probleminin mənəviyyatdan uzaqlaşma olduğunu vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 19 =