Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi jurnalistlər üçün müsabiqə keçirir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi jurnalistlər üçün müsabiqə keçirir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan edib.

Bu barədə Nazirlikdən məlumat verilib.

Müsabiqə ən yaxşı veriliş, ən yaxşı reportaj və ən yaxşı məqalə nominasiyalar üzrə keçirilir.

“Telefon rabitəsi – İKT – Rəqəmsal inkişaf” mövzusunda müsabiqəyə təqdim olunmuş yazılarda bir sıra meyarlara üstünlük veriləcək.

Belə ki, müsabiqəyə təqdim edilən materiallarda mövzunu dolğun əhatə etmə səviyyəsi, faktların və məsələlərin düzgün təhlili, oxucu üçün informasiyalılıq dərəcəsi və ifadə vasitələrinin zənginliyi əhatə olunmalıdır.

Müsabiqədə iştirak edən müəlliflərin hazırladıqları məqalə və videomateriallar 25 oktyabr – 6 dekabr tarixləri aralığında yayımlanmalıdır. Materialların linkləri [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Materiallarla birlikdə müsabiqədə iştirak edən müəllif özü barədə məlumatları (adı, soyadı, iş yeri və vəzifəsi, əlaqə telefonu və elektron poçt ünvanı) təqdim etməlidir.

Bir müəllif yalnız bir nominasiyada iştirak edə bilər.

Nominasiyalar üzrə qəbul olunmuş materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən ediləcək. Onların adları 22 dekabr tarixində açıqlanacaq.

Qaliblərə pul mükafatı təqdim olunacaq.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 5 =