Rəsmi Moskva Pompeonun İsrailin işğal etdiyi Colana səfərini tənqid edib
“Mayk Pompeonun işğal edilmiş Colan Yüksəkliklərinə baş çəkməsi, ABŞ-ın beynəlxalq qanunlara məhəl qoymamasını göstərir.”
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mətbuat konfransında deyib.
Rusiya rəsmisi bildirib ki, Pompeonun bu addımı, ABŞ-ın, beynəlxalq ictimaiyyət və qanun tərəfindən qəbul edilmiş əsaslara məhəl qoymamasının əlamətidir.
O bildirib ki, ABŞ dövlət katibinin bu səfəri İsrailin qeyri qanuni yaşayış massivlərini legitimləşdirmək səyləri çərçivəsində baş tutub və BMT Təhlükəsizlik Şurasının qərarları ilə ziddiyyət təşkil edir.
M.Zaxarova əlavə edib:
“Rusiyanın mövqeyi budur ki, 1967-dən bu yana işğal edilmiş ərazilərdə salınmış massivlər qanuni deyil. Bizə görə, bu fəaliyyətlər Yaxın Şərqdə danışıqlar prosesinin başlaması, ədalətli və davamlı sülhün baş tutmasına maneə yaradır.”