Rəyəl Yəvm: Sionistlərin Sinvarın şəhadətinə sevinməsi qorxu əlamətidir

Rəyəl Yəvm: Sionistlərin Sinvarın şəhadətinə sevinməsi qorxu əlamətidir

Rəəyəl Yəvm qəzeti “Sinvar – ölməz qəhrəman” sərlövhəli məqaləsində bu mücahidin qəhrəmancasına şəhadəti və onun müqavimət qruplarına və Fələstin davasına təsirindən bəhs edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Əbdülbari Ətvanın redaktorluğu ilə çıxan “Rəəyəl Yəvm” qəzeti fələstinli yazar-analitik Qaiz Əbu Şəmalenin yazdığı məqalədə yazır: Həmas hərəkatının siyasi ofisinin lideri Sinvar Fələstin üçün ölümsüz bir qəhrəmandır. Yəhya Sinvar ömrünün son anlarına qədər qəhrəman olaraq qaldı, ölümdən üz döndərmədi, onunla üzləşməkdən çəkinmədi, şüarı isə “Cihad, qələbə və ya şəhadət” idi. O, şəhadət lütfünə nail oldu və Əl-Əqsa Tufanı əməliyyatında fələstinlilərə qələbənin simasını bütün təfərrüatları ilə göstərdi.

Bu fələstinli yazıçı qeyd edib: Yəhya Sinvar Fələstin müqavimətinin əfsanəsidir. O, qəhrəmanların və mübarizlərin ilhamçısı, onun yolunu davam etdirəcək nəsillərin intellektual, siyasi, təşkilati qayda və əsaslarının banisi timsalında sonrakı nəsillərə cihad və şəhadət yolunu açdı.

“Yəhya Sinvar 90 il əvvəl ingilis müstəmləkəçiliyi və sionist qruplar tərəfindən şəhid edilən İzzəddin  Əl Qəssam batalyonlarının komandiri idisə, indi və gələcək illərdə onun adı minlərlə insanın zehnində həkk olunacaq. Onlardan əvvəlki qəhrəmanların yolunu davam etdirəcək, mücahidlərin vətən yolunda bütün halal və imanla addımlayacağına şərait yaradacaq” – deyə Qaiz Əbu Şəmalə əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − eight =