Rəy sorğuları Netanyahunun məğlubiyyətini göstərir

Rəy sorğuları Netanyahunun məğlubiyyətini göstərir

Sizinyol KİV-ə istinadən xəbər verir ki, İsrail baş naziri Benyamin Netanyahunun siyasətlərinə və korrupsiya ittihamlarına görə geniş etiraz dalğalarının olduğu bir zamanda, rəy sorğuları Netanyahu koalisiyasının qarşıdakı seçkilərdə səs çoxluğunu itirəcəyini göstərir.

Sionist rejiminin “Kanal-12” telekanalı tərəfindən aparılan yeni sorğu, Netanyahu partiyasının opponentlərinin İsrail parlamentində (Knessetdə) səs çoxluğu qazanması və yeni kabinet yaratmaq üçün lazımi yerləri qazanmaları ehtimalı ilə bağlı əvvəlki rəy sorğularının nəticələrinin hələ də qüvvədə olduğunu göstərir.

“Haaretz” qəzeti belə yazır:  “Əlbətdə ki, bu qələbə Netanyahu əleyhinə olan bütün partiyaların seçkilərdə iştirak etmək üçün koalisiya qurmasından və ortaq bir liderin baş nazirlik üçün namizəd olaraq irəli sürülməsindən asılıdır. Lakin bunun baş verməsi asan olmaya bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − twelve =