Rabatda növbəti aksiya keçirildi
Eastnews.org-un verdiyi xəbərə görə, Mərakeşin paytaxtı Rabat şəhərində növbəti dəfə aksiya keçirilib.
Aksiyada iştirak edənlər hökumətin İsrail ilə diplomatik münasibətləri normallaşdıran razılaşma imzalamasına etiraz ediblər.
Faktla bağlı “Fələstin üçün Milli Etiraz Qrupu” da bəyanat yayıb.
Bəyanatda vurğulanır ki, aksiyalar səngiməyəcək və etirazlar davam edəcək.