Radikallar hicablı xanımın Hollandiya parlamentinə seçilməsinə mane olur

Radikallar hicablı xanımın Hollandiya parlamentinə seçilməsinə mane olur

Niderland krallığında sağçı radikallar parlamentə namizədliyinin irəli sürmüş Yaşıllar Partiyasından olan siyasətçi müsəlman xanıma qarşı təzyiqlər edir. 26 yaşlı jurnalist və ictimayi fəal Kövsər Buşallix millət vəkili kürsüsü uğrunda mübarizə aparmaq niyyətindədir, lakin hicablı olması Hollandiyanın sağçı radikallarını narahat edir bu səbəbdən onlar müsəlman xanıma mediada tez-tez təzyiq edir.

“Deyerler.org”un islam.ru-ya istinadən verdiyi xəbərə görə, Hollandiyada radikal yön almış sekulyarçılar müsəlman siyasətçini gah ekstremist qruplarla bağlamağa çalışır, yaxud da baş örtüyünü göstərərək, kifayət qədər vətənpərvər olmadığını iddia edib tənqid edir. Kövsər bildirir ki, Hollandiyada bir çox insan müsəlmanları yad kimi qəbul edir və sağçı radikalların mediadakı fəaliyyəti bu abuhavanı daha da çətinləşdirir. Buna baxmayaraq, müsəlman qadın əzmlə mübarizə aparır və parlament üzvlüyü uğrunda səylərindən əl çəkmək niyyətində deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =