Rafael Qrossi İran Prezidentindən görüş üçün cavab aldığını açıqlayıb

Rafael Qrossi İran Prezidentindən görüş üçün cavab aldığını açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi İran Prezidenti ilə əlaqə saxlamağa hazır olduğunu, Tehran ilə AEBA arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Bu barədə AEBA rəhbəri Rafael Qrossi “Al Arabiya”ya müsahibəsində deyib.

Qrossi nüvə proqramı ilə bağlı İranda zənginləşdirilmiş uranın yığılmasının davam etməsindən narahat olduğunu bildirib.

“Mən İranın yeni Prezidentindən cavab aldım və o, bizim görüşməyimizə razı oldu. Biz çalışmalıyıq ki, bu mümkün qədər tez bir vaxtda baş versin”.

AEBA-nın Baş direktoru İran Prezidentinin cavabını iki tərəf arasında İranın nüvə fəaliyyətinin dinc xarakter daşımasını təmin etmək üçün yeni dialoq potensialının göstəricisi kimi qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − nine =