Ramazan ayının son cümə günündə Məscidül-Əqsada 120 min ibadətçi iştirak edib
Əl-Qüds İslam Vəqfi mübarək Ramazan ayının son cüməsinin 120 min ibadətçinin iştirakı ilə Məscidül-Əqsada keçirildiyini açıqlayıb.
Qüds İslam Vəqfi İdarəsi 120 min fələstinli ibadətçinin müqəddəs Ramazan ayının son cümə namazına Məscidül-Əqsada qatıldığını açıqlayıb.
Fələstinli ibadətçilərin Məscidül-Əqsada çoxsaylı iştirakı sionist işğalçılarının kütləvi məhdudiyyətləri və fələstinlilərin bu müqəddəs yerə daxil olmasının güclü şəkildə qarşısının alınmasına baxmayaraq baş verib.
Əl-Cəzirə xəbər kanalı bu gün mübarək Ramazan ayının son cümə günü sionist rejimin işğalçı qüvvələrinin Əl-Əqsa məscidinin “Əsbat” qapısında fələstinli ibadət edənlərə hücum edərək üç fələstinli gənci həbs etdiyini bildirib.
Fələstindəki yerli mənbələr bildiriblər ki, sionist rejim əsgərləri fələstinli ibadət edənləri Məscidül-Əqsaya daxil olmamışdan əvvəl Əl-Əsbat qapısında təftiş edirlər.
Qüdsdəki Fələstin İslam Vəqfi İdarəsi bu gün səhər saatlarında 65 mindən çox fələstinli ibadətçinin müqəddəs Ramazan ayının son cümə günü Məscidül-Əqsada sübh namazı qıldığını açıqlayıb.
Xəbər mənbələri bildiriblər ki, İsrail işğalçı qüvvələri bu gün müqəddəs Ramazan ayının son cümə günü səhər namazından sonra Məscidül-Əqsada ibadət edənlərə hücum edib.
İsrailə məxsus pilotsuz uçan aparat Əl-Əqsa məscidində namaz qılan kütləyə gözyaşardıcı qaz atıb və bu, ibadət edənlərin nəfəs darlığına səbəb olub.
Fələstinli qrupların və şəxsiyyətlərin işğalçıların hiylələrinə qarşı Məscidül-Əqsaya dəstək üçün ictimai səfərbərliyə dair davamlı çağırışlarından sonra, Məscidül-Əqsa məscidinin xətibi Şeyx Əkrəmə Səbri mətbuata açıqlamasında fələstinlilərə Ramazan ayında hər yerdən Məscidül-Əqsaya gəlmələri və həmişə bu məkanda olmaları barədə çağırış edib.
O, vurğulayıb ki, işğalçılar öz təxribatları və təcavüzləri ilə ibadət azadlığı hüququnu pozurlar. Şeyx Əkrəmə fələstinlilərin Məscidül-Əqsaya daha geniş şəkildə daxil olmağa davam etməsini tələb edib.