“Ramazanda baş verəcək hadisələrə yaxşı hazırlaşın”

“Ramazanda baş verəcək hadisələrə yaxşı hazırlaşın”

Fələstin İslami Cihad Hərəkatı yeddi sionist əsgərin yaralanması ilə nəticələnən “Homeş” qəhrəmanlıq əməliyyatı münasibəti ilə təbrik bəyanatında bu əməliyyatın İordan çayının qərb sahilində işğalçılara yeni zərbə olduğunu vurğulayıb.

İRNA bildirir ki, bu barədə hərəkatın bəyanatda məlumat verilib. Qeyd olunub ki, İordan çayının qərb sahilinin azadlıqsevərləri sionist terror ordusunun əli ilə tökülmüş və tökülən qanların qisasını almaq üçün hücumlarını davam etdirirlər. Bəyanatda həmçinin, xəbərdarlıq edilib:

“İşğalçılar və onların havadarları müqəddəs Ramazan ayında baş verəcək hadisələrə yaxşı hazırlaşmalıdırlar”.

Bundan əvvəl HƏMAS da bəyanat yayaraq bildirmişdi ki, Homeşdəki qəhrəmancasına əməliyyat müqavimət variantına vurğu və sionist düşmənin Qəzza və İordan çayının qərb sahilindəki cinayətlərinə və Məscidül-Əqsaya qarşı təhdidlərə təbii cavab idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + eleven =