Ramiz Mehdiyev və Əli Həsənov Dövlət İdarəçilik Akademiyasındakı vəzifələrindən çıxarılıblar

Ramiz Mehdiyev və Əli Həsənov Dövlət İdarəçilik Akademiyasındakı vəzifələrindən çıxarılıblar

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı vəzifəsindən çıxarılıb.

Az.shafaqna.com xəbər verir ki, o, Akademiyanın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsindən azad edilib.

Həmin vəzifəyə isə Dövlət İdarəçilik Akademiyasının “Elmi-Təşkilat” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəcəb Zakir oğlu Rəhimli təyin edilib.

Həmçinin yerli medianın bildirdiyinə görə, Prezidentin sabiq köməkçisi Əli Həsənov Dövlət İdarəçilik Akademiyasının (DİA) Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri vəzifəsindən azad olunub. Əli Həsənovun indiyədək tutduğu vəzifəyə Azərbaycanın Gürcüstandakı sabiq səfiri Namiq Əliyev təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 14 =