Ramullahda bir fələstinli şəhid olub və bir nəfər yaralanıb

Ramullahda bir fələstinli şəhid olub və bir nəfər yaralanıb

Fələstin mənbələri Ramullahın şimalında bir fələstinli gəncin şəhid olması və bir nəfərin də İsrail əsgərləri tərəfindən yaralanması barədə məlumat yayıb.

Məlumata görə, Fələstin mənbələri sionist qüvvələrin Ramullahın şimalındakı Səncəl kəndi yaxınlığında sionist mühacirlərin avtobusuna daş atmaq bəhanəsi ilə “Musəb Məhəmməd Mahmud Nəfəl” (18 yaş) adlı fələstinli gənci şəhid etdiklərini bildiriblər.

 “Səma” xəbər saytının məlumatına görə, sionist media xəbər verib ki, bir qrup ordu əsgəri Səncəl kəndi yaxınlığında mühacirlərin maşınlarına daş atan iki fələstinlini görüb və onlara atəş açıb.

Sionist hərbçilərin və mühacirlərin hücumları nəticəsində bu il 185-dən çox fələstinli şəhid olub ki, onların üçdə ikisindən çoxu İordan çayının qərb sahilindəndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − nineteen =