Ramullahda HƏMAS liderlərindən biri həbs olunub
Sionist rejim cümə axşamı günü Ramullah yaxınlığındakı Beytu-Niya qəsəbəsində HƏMAS lideri Şeyx Hüseyn Əbu Kuyəki əsir götürüb.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, HƏMAS liderinin ailəsi sionist hərbçilərin onların evinə hücum etdikdən sonra Əbu Kuyəki həbs edib apardığını elan edib.
Sionist rejim dəfələrlə HƏMAS liderini milli fəaliyyət və proqramlarda iştirak etdiyinə görə həbs etməklə hədələyib.
Əbu Kuyək Həmas-ın İordan çayının qərb sahilindəki ən görkəmli liderlərindən biridir.
O, 2000-ci ildə Əl-Əqsa İntifazəsi zamanı İsrail pilotsuz təyyarəsinin onun avtomobilini hədəfə alıb. Bu cinayət nəticəsində onun həyat yoldaşı və 3 uşağı şəhid olub.
O, 11 ildən çoxunu İsrail həbsxanalarında keçirib və HƏMAS və İslami Cihadın 417 digər lideri ilə birlikdə 1992-ci ildə Mərc əz-Zəhura deportasiya edilənlərdən biri olub.