Ramullahda sionist əsgərlər tərəfindən güllələnən fələstinli gəncin şəhadəti

Ramullahda sionist əsgərlər tərəfindən güllələnən fələstinli gəncin şəhadəti

Fələstin mənbələri İordan çayının qərb sahilində sionist əsgərlər tərəfindən güllələnən fələstinli gəncin şəhadətini xəbər veriblər.

Mehr xəbər agentliyinin Şahab News saytına istinadən verdiyi məlumata görə, bu gün axşam saatlarında bir fələstinli gənc sionist işğalçı qüvvələrin Ramullah şəhərində atışma əməliyyatından sonra güllələnib.

Fələstin mənbələri elan ediblər ki, sionist əsgərlər bu gənc fələstinliyə atəş açdıqdan sonra, təcili yardım maşınının gəlişinə və ona yardım göstərilməsinə mane olub, nəhayət, bu gənc qanaxmanın şiddətindən şəhid olub.

Sionist işğalçılar bu gənc fələstinlinin cənazəsini özləri ilə aparmış və fələstinlilərə təhvil verməmişlər. Şahab News internet saytı fələstinli gəncin sionist əsgərləri hədəfə aldığı silahın şəklini dərc edib

Yerli mənbələr həmçinin elan ediblər: Bir neçə dəqiqə əvvəl Ramullahda sionist əsgərlər tərəfindən vurulan fələstinli gənc axtarışda olan fələstinli döyüşçü Mücahid Ən-Nəccar olub.

Ramullahın Səlvad şəhərinin sakini olan bu fələstinli gənc Ofra bölgəsində sionist işğalçılarına qarşı bir neçə atışma əməliyyatının icraçısı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − five =