Ravvinlər İsrail rejimini “aparteid dövləti” adlandırdılar

Ravvinlər İsrail rejimini “aparteid dövləti” adlandırdılar

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrail əleyhinə imzalanan ərizədə 100 İsrail ravvini hökuməti “aparteid olmaqda və fələstinlilərə qarşı cinayət işlətməkdə” günahlandırmış və Amerika Yəhudi icmasını onlara maliyyə yardımı etməməyə çağırmışdır.

Rəsmi Fələstin xəbər agentliyi Wafa, bu petisiyanın imzalanması və yayılmasının irqçiliyə qarşı Durban Bəyannaməsinin 20 -ci ildönümü ilə əlaqədar BMT toplantısına təsadüf etdiyini söyləyib.

Petisiyada İsrail rejimi Qüdsdə və Fələstin ərazilərində illərdir təkrarlanan qorxunc görüntülər yaratmaqda günahlandırılır.

Müraciətdə deyilir: “Qan Müqəddəs Torpağın küçələrindədir, od Qüdsün təpələrində yanmaqdadır, Qəzzada binalar yandırılır, Lod və Hayfa küçələrində şiddət artır, zehnimiz hər yeni xəbərlə alt -üst olur, biz hər yeni ədalətsizliklə qəmə bürünürük.”

Petisiyada həmçinin “Amerika Yəhudi təşkilatlarının ikili standartları” ilə əlaqədar xəbərdarlıq edilərək qeyd edilib ki, Amerika Yəhudi qurumları həmişə bu sualı verirlər: “Yəhudilərə qarşı irqçi zorakılığa necə qarşı çıxırıq?” Lakin bu qurumlar İsrailin Fələstinə qarşı zorakılığına və ayrı-seçkiliyinə susurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + nine =