Razılaşma uğursuz oldu — Süveydada Dürzi və qəbilə qüvvələri arasında toqquşmalar yenidən başladı! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Suriya cənubundakı Süveyda vilayətində gərginlik yenidən alovlanıb. Dürzi lider Hikmət el-Hicrinin hökumətlə əldə olunmuş razılaşmanı rədd etməsinin ardından, şəhər ətrafında cəmləşmiş ərəb qəbilələrinə bağlı silahlı qruplar münaqişə bölgələrinə geri dönüblər. Nəticədə vilayətdə silahlı qarşıdurmalar yenidən başlayıb.
Bu gün əldə edilmiş müvəqqəti atəşkəsin davam edəcəyi gözlənilərkən, Hikmət el-Hicriyə sadiq milis qüvvələrinin Şam hökuməti ilə razılaşmadan imtina etməsi tərəfləri yenidən üz-üzə gətirib.
Yerli mənbələrin verdiyi məlumata görə:
– Qəbilə döyüşçüləri Süveydanın qərb və şimal hissələrinə geri dönərək strateji Tel Hadi məntəqəsini nəzarətə götürüblər
– el-Hicri qüvvələri şəhərdən çıxmaq əvəzinə snayper mövqeləri və dronlar vasitəsilə müqavimət göstərirlər
– Münaqişə zamanı Dürzi milislərə məxsus silah-sursat anbarlarının bir hissəsi ələ keçirilib
– Lübnandan olan Dürzi liderlər Türkiyə və ərəb ölkələrini bölgədə sülh prosesini dəstəkləməyə çağırıblar
Şəhərdə humanitar vəziyyət kritik olaraq qalır. Elektrik, içməli su və ərzaq çatışmazlığı dərinləşir, mülki əhali arasında yaralanma və məcburi köçürülmə hallarının artdığı bildirilir.