Regiondakı ABŞ aviadaşıyıcıları bizim üçün təhdid deyil, fürsətdir – İran

Regiondakı ABŞ aviadaşıyıcıları bizim üçün təhdid deyil, fürsətdir – İran

“Əvvəlllər ABŞ-ın bölgədəki donanmaları bizim üçün təhdid idi. Amma indi bizim üçün bir fürsətə çevriliblər.”

SalamNews Tasnim-ə istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Keşikçilər Ordusunun Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə deyib.

ABŞ-ın “Nimitz” aviadaşıyıcısının bölgəyə gəlməsi və burada yerləşməsi məsələsinə münasibət bidlirən Sepah generalı bildirib ki, “artıq əvvəlki kimi bu aviadaşıyıcılar İran üçün təhdid deyil, fürsətdir.”

“Artıq bu aviadaşıyıcılar bizim hədəfimizə çevriliblər. Biz amerikalıları təhdid etmək istəsək, hökmən neçə min km uzağa getməyə ehtiyacımız yoxdur. Əgər onlar səhvə yol versələr və biz onlara qarşılıq vermək istəsək, neçə min km uzaqda yerləşən hədəfi axtarmağa ehtiyac olmayacaq. Bizdən 200, 300 və 400 km məsafədə yerləşən hədəfləri və ya onların bizim 700, 800 km uzaqlıqda otraq etdiyi yerləri də nəzərdə tuta bilərik”, deyə iranlı general xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 1 =