“Regionun sərhədlərinin dəyişdirilməsi qətiyyən yolverilməzdir”
İran İslam Respublikasının Prezident region ölkələrinin ərazi bütövlüyünün qorunub saxlanmasını xarici siyasətin əsas prinsiplərindən biri olduğunu vurğulayıb.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Məsud Pezeşkian bu gün (3 fevral) Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə görüşündə İran və Azərbaycan arasındakı münasibətlərin qardaşlıq və qohumluq münasibətlərinə də əsaslandığını qeyd edərək deyib: Biz Azərbaycanla ticarət və nəqliyyat sektorunda maneələrin sürətlə aradan qaldırılmasını, iki ölkə arasında təcrübə mübadiləsini alqışlayırıq.
Görüşdə Hikmət Hacıyev də Məsud Pezeşkianla görüşdən məmnunluğunu ifadə edərək İlham Əliyevin səmimi salamlarını çatdıraraq İslam İnqilabının qələbəsinin 46-cı ildönümü münasibətilə təbrik edərək deyib: İran Azərbaycanın dost və qardaş ölkəsi kimi bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz iki ölkə arasında münasibətlərin səviyyəsini yüksəltmək istəyirik. Əminliklə deyə bilərəm ki, qonşu olan ölkələr arasında Azərbaycan Respublikası İranla əməkdaşlıq və əlaqələri inkişaf etdirməkdə ən əzmkar ölkələrdən biridir.