Rekord gücə malik elektrik mühərriki yaradıldı

Rekord gücə malik elektrik mühərriki yaradıldı

Böyük Britaniyanın “Yasa Limited” şirkəti rekord gücə malik elektrik mühərriki hazırladığını elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Autocar” yazır.

Nəşrin məlumatına görə, güc-çəki nisbəti baxımından yeni qurğunun göstəriciləri mövcud sənaye standartlarından iki dəfə yüksəkdir.

Qeyd olunub ki, bu cür mühərriklərin kütləvi istehsalı planlaşdırılır.

“Yasa” elektrik mühərrikinin çəkisi 13.1 kiloqramdır və 748 at gücünə malikdir.

Beləliklə, yeni qurğunun hər kiloqramına təxminən 57 at gücü düşür ki, hazırda sənaye standartı təxminən 20 at gücü/kq hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 13 =