Reznikov: “Üçüncü Dünya Müharibəsi artıq başlayıb”

Reznikov: “Üçüncü Dünya Müharibəsi artıq başlayıb”

“Rusiya ilə gərginliyin artmasının qarşısını almaq üçün istənilən cəhdin mənası yoxdur, çünki artıq Üçüncü Dünya Müharibəsi başlayıb”.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov açıqlama verib:

“Rusiya ilə eskalasiyanın yeni səviyyəsini yaratmaqdan qorxmayın, çünki düzünü desək, III Dünya Müharibəsi artıq bu il fevralın 24-də başlayıb. Bu, reallıqdır”.

Reznikov bildirib ki, Ukrayna məğlub olsa, növbə digər Avropa ölkələrinə çatacaq: “Qorxmayın, çünki biz birinci döyüş meydanıyıq. Əgər biz məğlub olsaq, növbəti döyüş meydanı digər Avropa ölkələri olacaq”, – deyə Ukraynanın müdafiə naziri bildirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 9 =