“Rolls-Royce” Rusiyaya tədarükü dayandırıb
Britaniyanın “Rolls-Royce” avtomobil istehsalçısı Rusiyaya tədarükü dayandırıb.
“APA-Economics” xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi RİA “Novosti”yə bildirib.
“Regionda vəziyyət qeyri-müəyyən olaraq qalır. Mövcud şəraitdə biz Rusiya bazarına avtomobillərin tədarükünü dayandırırıq. Biz vəziyyəti, eləcə də biznesimiz üçün mümkün gələcək nəticələri qiymətləndirməyə davam edirik”, – o deyib.
Yanvarın sonunda şirkət Rusiyanın lüks “Rolls-Royce” avtomobillərinin satışı üzrə Avropanın ən böyük bazarına çevrildiyini bildirmişdi. 2021-ci ildə brendin ölkədəki satışları ilk dəfə olaraq 300 avtomobil həddini keçib.
Apa.az