“Roma” klubunun sabiq futbolçusu karyerasını Azərbaycanda davam etdirə bilər

Bakari Jayte karyerasını Azərbaycanda davam etdirə bilər.
Qambiyalı futbolçu Premyer Liqa klublarından birinə təklif olunub.
Hazırda komandasız olan yarımmüdafiəçi son olaraq Yunanıstan təmsilçisi “Panarqiakos”da çıxış edib. Burada cəmi 2 matçda 69 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Roma”nın yetirməsi olan Jayte “Fodja”, “Şiltiqheym”, “Panduri”, “Vilts” kimi klublarda çıxış edib.
25 yaşlı futbolçu Qambiya millisinin üzvüdür. Burada 3 qarşılaşmada meydana çıxsa da, fərqlənə bilməyib.