Roma Papası Fransisk: Biz İslam İnqilabının rəhbərinin dediklərini qəbul edirik

Roma Papası Fransisk: Biz İslam İnqilabının rəhbərinin dediklərini qəbul edirik

İnqilab Rəhbərinin mesajına cavab olaraq Papa Fransisk deyib:

“İran İslam İnqilabının Rəhbərinə və İranın bütün dini rəhbərlərinə salamlarımı çatdırın. Biz də İslam İnqilabının rəhbərinin dediklərini qəbul edirik.”

Elmi hövzələrin rəhbəri Ayətullah Ərafi İnqilabın Ali Rəhbərinin mesajını katolik xristianların lideri Papa Fransiskə çatdırıb.

Elmi hövzələrin rəhbəri Ayətullah Ərafi papa ilə görüşdə deyib: “İnqilabın Rəhbəri mənim səfərimdən xəbər tutduqda, sizə salam göndərdi, sizin Latın Amerikası ilə münasibətinizi yüksək qiymətləndirdi və İslam və Xristianlıq arasında münasibətlərin yumşaldılması və məzlumların müdafiəsi istiqamətində tutduğunuz bəzi mövqeləri yüksək qiymətləndirərək vurğuladı: “Başda Fələstin və Yəmən olmaqla dünyanın məzlumlarının müdafiəsi istiqamətində fəaliyyətinizi davam etdirəcəyiniz, həmçinin, aydın və şəffaf mövqe tutacağınızın intizarındayıq.

İnqilab Rəhbəri Fələstin xalqının müdafiəsi üçün tədbirlər görüləcəyinə və həll yolunun  bütün əhalinin rəyi və fələstinlilərin, həmçinin, Fələstinə hakim olan bütün dinlərin ardıcıllar arasında keçiriləcək seçkilərə əsaslanacağına ümid edir.””

Roma Papası Fransisk İnqilab Rəhbərinin Ayətullah Ərafi vasitəsilə ona ünvanladığı mesaja cavab olaraq deyib: “İran İslam İnqilabının Rəhbərinə və İranın dini şəxsiyyətlərinə mənim salamımı çatdırın. İslam İnqilabının rəhbərinin dediklərini biz də qəbul edirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + fifteen =