Roma Papası Fransiskin Ayətullah Sistani ilə görüşü planlaşdırılır

Roma Papası Fransiskin Ayətullah Sistani ilə görüşü planlaşdırılır

Sizinyol.com İraqın KİV-ə istinadən xəbər verir ki, 11 Fevral cümə günü, Vatikandan Roma Papası Fransisk tərəfindən bir nümayəndə heyəti Fransiskin bu şəhərə səfərinə hazırlıq tədbirləri görmək üçün Nəcəfi-Əşrəfə səfər ediblər. Nəcəf hava limanının rəisi İsa əl-Şimri sözügedən heyəti qarşılayıb.

İraqın rəsmi xəbər agentliyinin (NİNA) verdiyi məlumata görə, nümayəndə heyəti Nəcəf şəhərinə daxil olaraq İraq şiələrinin ali mərcəi-təqlidi Ayətullah Seyyid Əli Sistaninin ofisində Roma Papasının səfəri və Ayətullah Sistani ilə görüşü ilə bağlı ofisin məsul şəxsləri ilə görüş keçiriblər.

Məlumata görə Roma Papası Fransiskin İraqa rəsmi səfəri çərçivəsində Ayətullah Seyyid Əli Sistani ilə görüşmək üçün mart ayının əvvələrində Nəcəfi-Əşrəfə səfər etməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + eleven =