Roma Papası səhhətinə görə Afrikaya səfərini ləğv edib

Roma Papası səhhətinə görə Afrikaya səfərini ləğv edib

Roma Papası Fransisk səhhətindəki problemlərə görə Afrikaya səfərini ləğv edib.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

İyulun əvvəlində Konqo Demokratik Respublikası və Cənubi Sudana planlaşdırılan səfəri həkimlərin təkidi ilə onun aldığı müalicəyə zərər verməmək üçün ləğv edilib.

Səfər daha sonrakı tarixə təxirə salınacaq.

Pontifik dizdən kiçik əməliyyat keçirdikdən sonra artıq bir neçə tədbiri ləğv edib. Hazırda onun iyulun 24-dən Kanadaya, sentyabrda isə Qazaxıstana 6 günlük səfəri planlaşdırılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 5 =