Ronaldo “Əl-Nəsr” klubu ilə müqavilə imzaladı – RƏSMİ

Ronaldo “Əl-Nəsr” klubu ilə müqavilə imzaladı – RƏSMİ

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl-Nəsr”la müqavilə imzalayıb.

BAKU.WS xəbər ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

Ronaldunun son komandası “Mançester Yunayted” olub. O, qalmaqallı müsahibəsindən sonra ingilis komandasını tərk edib.

“Portal Transfermarkt” hücumçunun dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Kriştiano Ronaldo Qətərdə keçirilən dünya çempionatından əvvəl “Mançester Yunayted”lə müqaviləsinə xitam verildiyi üçün Səudiyyə Ərəbistanı təmsilçisinə azad agent kimi keçib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =