Ronen Bar: Yəhudi terrorizmi İsrailin varlığını təhlükə altına qoyub

Ronen Bar: Yəhudi terrorizmi İsrailin varlığını təhlükə altına qoyub

 İsrailin Təhlükəsizlik Agentliyinin (Şabak) rəhbəri baş nazirə yazdığı məktubda ona “yəhudi terrorizmi”nin İsrailin varlığını təhlükə altına salması barədə xəbərdarlıq edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Ronen Bar bu gün (23 avqust) Benyamin Netanyahuya ünvanladığı bu məktubda “yəhudi terrorçu liderləri” adlandırdığı insanları; kabinet nazirləri, baş prokuroru sərt şəkildə tənqid edib.

İsrailin Kanal 12 TV-nin dünən yayımladığı bu məktubda o, bu insanların “sistemin nəzarəti itirməsini və İsrailə təsvirolunmaz ziyan vurmasını” istədiklərini yazıb.

Ronen Bar həmçinin polisin səriştəsizliyini tənqid edərək deyib: bu cür hərəkətlərlə məşğul olanlar polisdən bir növ “gizli dəstək” olduğunu hiss edirlər.

Ekspertlərin fikrincə “yəhudi terrorizmi” deyən bu sionist məmur Netanyahunun kabinetinin bəzi üzvləri, o cümlədən Itmar Ben  Qvir tərəfindən dəstəklənən işğal olunmuş İordan çayının qərb sahilində məskunlaşanların fələstinlilərə qarşı zorakı hücumlarını da nəzərdə tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + seventeen =